• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün107
mod_vvisit_counterDünən1280
mod_vvisit_counterBu həftə4013
mod_vvisit_counterBu ay36536
mod_vvisit_counterÜmumi2977347

Tarix: 22 Yan., 2025

“Dərsliklərin təkmilləşdirilməsi” layihəsi üzrə onlayn müzakirələrə start verildi

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdı.

Verilmiş tapşırığın icrasının təmin olunması məqsədilə 2018-2019-cu tədris ilinin may-iyun aylarında muxtar respublika ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor - müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. 2019-cu il mayın 20-də başlayan X sinif dərsliklərinin müzakirələri iyunun 12-də başa çatmışdır. Ümumilikdə 10 fənn üzrə dərsliklərlə bağlı müzakirələr aparılmış, hazırlanmış yekun rəylər Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir.

2019-2020-ci tədris ili üçün dərsliklərin müzakirəsi iki mərhələdə aparılmışdır. Muxtar respublikanın qabaqcıl pedaqoji heyətinin iştirakı ilə aparılan birinci mərhələdə ümumilikdə 10 fənn üzrə olmaqla IX və X sinif dərsliklərinin müzakirəsi aparılmışdır. 24 oktyabr 2019-cu il tarixdə başlayan birinci mərhələ 24 yanvar 2020-ci il tarixdə yekunlaşmışdır. Dərsliklərlə bağlı yekun rəylər ümumiləşdirilərək dərsliklərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

2020-2021-ci tədris ili üçün yenidən nəşr olunacaq I, V və IX sinif dərsliklərinin elektron forması trims.edu.az saytında yerləşdirilmişdir. Nəşrqabağı təkmilləşdirilməsi nəzərdə tutulan dərsliklərə dair ictimai rəyin öyrənilməsi məqsədi ilə keçirilən ikinci mərhələ pandemiya ilə əlaqədar yaranmış çətinliyə görə onlayn qaydada həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 28 aprel 2020-ci il tarixdən  dərslik müzakirələrini onlayn qaydada davam etdirir. Onlayn müzakirələr müəyyən edilmiş qrafik əsasında ZOOM proqramı vasitəsilə həyata keçirilir. Qrafikə uyğun olaraq müxtəlif günlərdə 6 fənn üzrə keçiriləcək dərslik müzakirələri mayın 8-dək davam edəcəkdir.

28 aprel 2020-ci il saat 1100-da muxtar respublika ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin professor və müəllim heyətinin birlikdə iştirak etdiyi ilk onlayn müzakirədə  V və IX siniflər üzrə “Azərbaycan dili” və “Ədəbiyyat” fənlərinin dərslikləri müzakirə edilmiş, dərsliklərlə bağlı onlayn qaydada irad və təkliflər bildirilmişdir. Təhsil Nazirliyi tərəfindən həmin irad və təkliflər təhlil olunaraq dərsliklərin təkmilləşdirilməsi üçün yekun rəy hazırlanacaqdır.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg