• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün324
mod_vvisit_counterDünən976
mod_vvisit_counterBu həftə4738
mod_vvisit_counterBu ay28094
mod_vvisit_counterÜmumi2857253

Tarix: 14 Noy., 2024

Təhsil sahəsində onlayn qaydada tədbirlər keçirilir

Bilirik ki, mövcud vəziyyətlə bağlı, dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən muxtar respublikada müvəqqəti olaraq tədris dayandırılıb. Karantin rejimi elan olunan bu müddətdə muxtar respublika ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrində müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri aparılıb.

Məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq ev şəraitində də verilmiş tapşırığa əsasən muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin sinif rəhbərləri tərəfindən dərs cədvəlinə uyğun olaraq mövzular şagirdlərə çatdırılır. Həmçinin müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Bundan əlavə Təhsil Nazirliyinin rəsmi internet saytında da şagirdlərin ev şəraitində öz biliklərini daha da dərinləşdirmələri üçün zəruri şərait yaradılıb. Belə ki, tehsil.nmr.az saytında video dərslər, vizuallaşdırılmış dərslər, elektron dərslik bölmələri üzrə keçidlər yaradılmışdır. Bu bölmələrdə gündəlik dərslər yenilənir.

Şagirdlərin istedadlarının üzə çıxarılması ilə bağlı Təhsil Nazirliyi tərfindən vaxtaşırı müxtəlif istiqamətlərdə yaradıcılıq müsabiqələri təşkil edilir. Tədrisin dayandırıldığı bu müvəqqəti zamanda da məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli keçirməsi, onları müxtəlif fəaliyyətlərlə motivasiya etmək, heykəltəraşlıq üzrə istedadlarını aşkara çıxarmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən “Evdə qal, yaradıcılıqdan qalma!” təşəbbüsü ilə aprelin 25-i Təhsil Nazirliyinin instaqram səhifəsində məktəblilər arasında “PLASTİK OBRAZLAR” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsi elan edilib. Müsabiqə aprelin 25-dən mayın 4-dək davam etməkdədir.

Bundan əlavə muxtar respublika üumtəhsil məktəblərinin şagirdləri arasında Təhsil Nazirliyi tərəfindən mayın 12-dək davam edəcək “Naxçıvan – mənim doğma diyarım” onlayn şeir müsabiqəsinin keçirilməsinə də start vermişdir.  Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yaradiciliq.merkezi instaqram səhifəsində virtual qaydada təşkil olunur. Naxçıvan Muxtar Respublikasının inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzularla bağlı keçirilən müsabiqədə bütün yaş kateqoriyalarına aid şagirdlər iştirak edə bilər. Yalnız şagirdlər tərəfindən yazılan şeirlər 3-5 bənddən çox olmamalıdır. Müsabiqədə iştirak edən şair ruhlu şagirdlər sonda diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Ötən tədris ilindən başlayaraq verilmiş tapşırığa əsasən, məktəb dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin iştirakı ilə müzakirələr keçirilir. Prosesin davamı olaraq 2019-2010-ci tədri ilində müzakirələrin iki mərhələdə keçirilməsi nəzərdə tutulmuş və IX - X sinif dərsliklərinin təkmilləşdirilməsinə dair birinci mərhələ yanvar ayında yekunlaşmışdır. Müzakirəyə çıxarılmış dərsliklərlə bağlı irad və təkliflər ümumiləşdirilmiş, hazırlanmış yekun rəylər dərsliklərin təkmilləşdirdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdi.

Yenidən nəşri nəzərdə tutulan I, V və IX sinif dərliklərinin nəşrqabağı təkmilləşdirilməzinə dair müzakirələrin ikinci mərhələsi dünyada yayılmış pandemiya ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən ZOOM proqramı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Aprelin 28-dən başlayan müzakirələrdə ilk olaraq V və IX sinif “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə dərsliklərin müzakirəsi keçirilmiş, qrafikə uyğun olaraq digər dərsliklərin müzakirəsinin mayın 8-dək yekunlaşması nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yaranmış fasilədən daha səmərəli istifadə edərək bütün təhsil sahəsinin əhatə etdiyi istiqamətlərdə onlayn qaydada öz işini davam etdirir.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg