• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün398
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8678
mod_vvisit_counterBu ay22446
mod_vvisit_counterÜmumi2539262

Tarix: 19 May, 2024

“Evdə qal, yaradıcılıqdan qalma” başlığı altında “Plastik obrazlar” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olundu

Tədrisin dayanması şagirdlərin təhsil almasına, eləcə də onların bir sıra müsabiqələrə, aksiyalara və sosial çağırışlara qoşulmasına maneə olmamışdır. Təhsil Nazirliyi tərəfindən öz istedadları ilə fərqlənən şagirdlərlə bir sıra işlər aparılmış, şagirdlərə öz istedadlarını nümayiş etdirmə imkanı yaradılmışdır. Şagirdlərin evdə qaldıqları müddət ərzində onların asudə vaxtlarını səmərəli keçirmək və bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri aşkar etmək üçün müxtəlif müsabiqələr təşkil olunmuşdur.

Belə ki, 9-20 aprel 2020-ci il tarixlərdə üç yaş kateqoriyasında-6 yaşadək, 6-12 yaş və 12-17 yaş arasında “Mənim doğma məktəbim” mövzusunda virtual rəsm müsabiqəsi keçirilmişdir. May ayında isə iki müsabiqəyə start verilmişdir. Onlardan Naxçıvan Muxtar Respublikasının inkişafını, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən “Naxçıvan-mənim doğma diyarım” şeir müsabiqəsi 12 may 2020-ci il tarixədək davam edəcəkdir. Digəri isə 4 may 2020-ci il tarixdə başa çatan “Evdə qal, yaradıcılıqdan qalma” başlığı altında “Plastik obrazlar” mövzusunda virtual heykəltəraşlıq müsabiqəsidir.

Müsabiqədə Naxçıvan şəhəri üzrə 284, Şərur rayonu üzrə 4, Babək rayonu üzrə 4, Ordubad rayonu üzrə 2, Culfa rayonu üzrə 10, Kəngərli rayonu üzrə 113, Sədərək rayonu üzrə 8, Heydər Əliyev adına tam orta məktəb üzrə 14, Naxçıvan Qızlar Liseyi üzrə 1, Bakı şəhəri üzrə 3  şagird iştirak etmişdir.

Müsabiqəyə qatılan 443 iştirakçıdan 78-i 6 yaşınadək, 331-i 6-12 yaş, 34-ü isə 12-17 yaş qrupuna daxil olan şagirdlərdir.

Müsabiqədə iştirak edən şagirdlər əl işlərinin fotosunu, şəxsi məlumatları ilə birgə yaradiciliq.merkezi instaqram ünvanına göndərmişlər.  Münsiflər heyətinin rəyi əsasında yaş kateqoriyası üzrə iştirakçılar arasından qaliblər seçilmişdir.

Qaliblər  05 may  2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytında və Heydər Əliyev  Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin instaqram səhifəsində elan olunmuşdur. Müsabiqədə  I, II və III yerləri tutan qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg