• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün295
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8575
mod_vvisit_counterBu ay22343
mod_vvisit_counterÜmumi2539159

Tarix: 19 May, 2024

Dövlət İmtahan Mərkəzi tərəfindən hazırkı vəziyyətlə əlaqədar təhsil ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirilib

DİM tərəfindən 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair aşağıdakı müvəqqəti müddəalar təqdim edilib.

Bütün imtahanların yeni sanitar-gigiyenik qaydalar əsasında aparılması planlaşdırılır. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagirdin (abituriyentin) əyləşməsi nəzərdə tutulur.

IX sinif buraxılış imtahanları

- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq.

- Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq.

- Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.

- Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imthahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər.

XI sinif buraxılış imtahanları

- İmtahanların iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya biləcəklər.

- Buraxılış imtahanlarına martın 1-dən sonra tədris olunan mövzular salınmayacaq.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın keçirilməsi

IX sinif

- Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 9-cu sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanının iyun ayı ərzində kağız daşıyıcılar vasitəsilə keçirilməsi planlaşdırılır.

XI sinif

Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyən ediləcək texniki şərtlərə malik olmalıdırlar.

Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər.

Orta ixisas təhsil müəssisələrinə qəbul

- Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

- Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

- Tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Ali təhsil müəssisələrinə qəbul

-Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulunun onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılması nəzərdə tutulur.

- Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

- I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

- Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılacaq və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi aparılmayacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg