• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün218
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5327
mod_vvisit_counterBu ay19095
mod_vvisit_counterÜmumi2535911

Tarix: 17 May, 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən I, V və IX sinif dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələr aparıldı

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdır.

Verilmiş tapşırığın icrası məqsədilə 2018-2019-cu tədris ilinin may ayından başlayaraq muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor - müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi keçirilmişdir.

2019-cu ilin may-iyun aylarında 2019-2020-ci tədris ili üçün yeni nəşr olunacaq X sinif üzrə 8, XI sinif üzrə 1 (İngilis dili), IV sinif üzrə 2 - ümumilikdə 11 dərslik nəşrqabağı müzakirəyə çıxarılmışdır. Müzakirələr Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetində qrafikə uyğun olaraq keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən hər bir müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə yanaşı sonuncu kurs tələbələri  və muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri tərəfindən dərsliklərin təkmilləşməsinə dair 200-ə yaxın müəllimin irad və təklifləri dinlənilmişdir.

Prosesin davamı olaraq, dərsliklərin müzakirəsi 24 oktyabr 2019-cu il tarixdən başlamış 24 yanvar 2020-ci il tarixədək davam etmişdir. Ümumilikdə IX sinif üzrə 9, II sinif üzrə 2 olmaqla 11 dərsliyin müzakirəsində 150-dən çox müəllimin irad və təklifləri dinlənilmişdir. Birinci mərhələdə 11, ikinci mərhələdə 7 fənn üzrə hazırlanmış yekun rəylər Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

2020-2021-ci tədris ili üçün yenidən nəşr olunacaq I, V və IX sinif dərsliklərinin elektron layihə forması trims.edu.az saytında yerləşdirilmişdir. Nəşrqabağı təkmilləşdirilməsi nəzərdə tutulan layihə dərsliklərə dair ictimai rəyin öyrənilməsi məqsədi ilə aparılan son mərhələ pandemiya ilə əlaqədar yaranmış çətinliyə görə onlayn qaydada həyata keçirildi. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 28 aprel 2020-ci il tarixdən dərslik müzakirələrini ZOOM proqramı vasitəsilə qrafikə uyğun olaraq müxtəlif günlərdə onlayn qaydada davam etdirib. IX sinif üzrə 8, V sinif üzrə 5, I sinif üzrə 4 olmaqla ümumilikdə 17 fənn üzrə onlayn dərslik müzakirələri mayın 8-də yekunlaşmışdır.

Aparılan dərslik müzakirələrində həmin ixtisaslar üzrə muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin birlikdə iştirak etdiyi onlayn müzakirələrdə layihə dərsliklərlə bağlı irad və təkliflər bildirilmişdir.

Ötən tədris ilindən qrafikə uyğun olaraq ümumilikdə 39 dərsliyin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələr aparılmış, 18 dərsliyə aid ümumiləşdirilmiş rəy aidiyyəti üzrə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn qaydada son müzakirə olunan 17 layihə dərsliyin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflərin yekun rəyi təhlil olunaraq dərsliklərin yenidən nəşri zamanı nəzərə alınması üçün  Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg