Ordubad Rayon Vənənd kənd tam orta məktəbinin psixoloqu Məmmədova Mətanət məktəbin şagirdlərinə “Ünsiyyət bacarıqlarının inkişafı və ünsiyyət problemlərinin həlli yolları” mövzusunda onlayn dərs keçmişdir.
Dərsdə şagirdlərə ünsiyyətin daha təsirli olması üçün jestlər və mimikalardan düzgün istifadənin rolundan və cəmiyyətdə insanlar arasında ünsiyyətin nə qədər vacib olmasının həmin insana qarşı münasibətin formalaşması barədə məlumat verilib. Həmçinin onlayn dərsdə “Oxunması zəruri olan kitablar”ın mütaliəsinin insanlar arasında ünsiyyətin formalaşmasına mühüm təsirindən danışılıb.