Sədərək Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlərin ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, evdə olduqları müddətdə müxtəlif fəaliyyətlərlə motivasiya etmək, müxtəlif formalarda əl işlərindən ibarət rəsmlər hazırlamaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi və “Evdə qal, yaradıcılıqdan qalma!” təşəbbüsü ilə onlayn rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə rayon ümumtəhsil məktəblərinin müxtəlif yaş qruplarından olan şagirdlər və rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərindən ibarət 12 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əliyeva Gülay, II yerə Heydərabad qəsəbə tam orta məktəbin XI sinif şagirdi Əlizadə Gülçin, III yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin II sinif şagirdi İbrahimzadə Anar, həvəsləndirici yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bayramzadə Polad layiq görülüb. Qaliblər diplomla mükafatlandırılıblar.