Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından kolleclərə sənəd qəbulunun başlaması ilə əlaqədər Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən bir sıra işlər görülmüş, abituriyentlərə sənəd qəbulunda köməklik edilməsi, onların istiqamətləndirilməsi diqqətdə saxlanmışdır. İlk növbədə rayonun ümumtəhsil məktəblərinin XI sinfində təhsil alan şagirdlərə və onların valideynlərinə sənəd qəbulu qaydaları, qəbul imtahanları ilə bağlı yeniliklər haqqında ətraflı məlumatlar verilmişdir.
Sənəd verən abituriyentlərin gündəlik qeydiyyatı ilə yanaşı onlarla fərdi qaydada marifləndirici söhbətlər də aparılır. Artıq rayonun ümumtəhsil məktəbərinin XI siniflərində təhsil alan 155 şagirddən 47 nəfəri elektron ərizələrini təsdiq edib. Onlardan 14 nəfəri I, 7 nəfəri II, 16 nəfəri III, 2 nəfəri IV, 2 nəfəri V ixtisas qrupunu seçmişdir. 6 nəfər isə orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir.