• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün624
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə2551
mod_vvisit_counterBu ay2551
mod_vvisit_counterÜmumi216247

Tarix: 03 İyun, 2020

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.

Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq ediblər.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edərək deyib: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.

Məmmədsabir kənd sakinləri adından minnətdarlıq edən Əhməd Əliyev deyib: “Bu gün kəndimizdə yeni həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri insanların istifadəsinə verilir. Bu tikililər kəndimizin simasını tamamilə dəyişmişdir. Kənddəki elektrik xətləri yenilənmiş, qaz xətlərində təmir-bərpa işləri aparılmış, yola asfalt örtük salınmışdır. Artıq kənddə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir. Kəndimizin su arxı yenidən qurulmuşdur. Bu da əkin sahələrinin suvarılması üçün çox böyük köməklikdir. Bunların hamısı biz sakinlərin rahat və firavan yaşayışı üçündür. Məmmədsabir kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Bundan sonra da torpaqlarımızı əkib-becərək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacağıq”.

***

Məmmədsabir kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənib, 1100 metr fiber-optik, 7691 metr rabitə xətti çəkilib. Eyni zamanda kənddə 450 metr hava elektrik xətti çəkilib, 1 transformator yarımstansiyasında və 6985 metr qaz xəttində təmir işləri aparılıb, 3200 metr kənddaxili arxlar təmizlənmiş, içməli və suvarma su təminatı yaxşılaşdırılıb.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg