• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün47
mod_vvisit_counterDünən2626
mod_vvisit_counterBu həftə4529
mod_vvisit_counterBu ay35196
mod_vvisit_counterÜmumi2976007

Tarix: 21 Yan., 2025

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və təkmilləşdirmə kursları videobağlantı formatında təşkil edilir

19 may 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin iştirakı ilə videobağlantı formatında “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmiş, 30 nəfər məktəb psixoloqu ilə təkmilləşdirmə kursuna start verilmişdir. Konfransda institutun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları və məktəb psixoloqları iştirak etmişdir.

Konfransı institutun rektoru Azad Novruzov giriş sözü ilə açaraq qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Təhsilə yüksək diqqət və qayğı göstərilir, təhsil müəssisələri, təhsilalanlar və təhsilverənlər daima diqqət mərkəzində saxlanılır. Pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanması, ixtisasartırma və təkmilləşdirilməsi sisteminə nəzarət edilir. 2000-ci ildə yaradılmış Naxçıvan Müəllimlər İnstitutunda müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir. Ümummilli lider H.Əliyevin 15 iyun 1999-cu il tarixli 168 №-li “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiqi haqqında” sərəncamının tələbləri əsasında pedaqoji kadrların ixtisasının artırılması, yenidən hazırlanması və təkmilləşdirilməsi işinin təşkilinə xüsusi önəm verilir. İnstitutda milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin formalaşdırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Rektor qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi aparılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə qarşılıqlı münasibətlər genişləndirilir. Tələb və təklif prinsipi əsas götürülərək mütəmadi olaraq institutda ixtisasartırma və təkmilləşdirmə kursları, dəyirmi masalar, seminarlar, kitab müzakirələri və s. keçirilir. Belə tədbirlərdən biri olan “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” yollarına həsr olunmuş konfransın və məktəb psixoloqları ilə təkmilləşdirmə kursunun mövcud şəraitlə əlaqədar olaraq videobağlantı formatında keçirilməsinə qərar verdik. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təqdimatı əsasında 30 nəfər məktəb psixoloqu kursa cəlb olunmuşdur. Kursda institutun müəllimləri ilə yanaşı, Azərbaycan Təhsil İnstitutunun əməkdaşlarının da mühazirələri təqvim planına salınmışdır.

Rektor qeyd etmişdir ki, müasir dövrdə psixoloji xidmət bir çox dünya ölkələri ilə yanaşı, respublikamızda da təhsil sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. Ölkəmizdə psixoloji xidmətin tətbiqi təhsil müəssisələrinin daha səmərəli fəaliyyətinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsində məktəb psixoloqlarının üzərinə də böyük vəzifələr düşür. Məktəblərimizdə psixoloji xidmət işinə keçən əsrin səksəninci illərindən başlanılmışdır. Lakin, həmin dövrdə ixtisaslı kadrlar yox dərəcəsində idi və bu iş peşəkar olmayan qeyri-ixtisas müəllimləri tərəfindən həyata keçirilirdi. Sonrakı dövrdə ayrı-ayrı ali təhsil müəssisələrində bu istiqamətdə kadr hazırlığına başlanıldı ki, o ali məktəblərdən biri də Naxçıvan Müəllimlər İnstitutudur. İlk dəfə 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutunda “Pedaqogika və psixologiya” ixtisası üzrə, 2009-cu ildən isə “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Bu müddət ərzində 305 nəfər adı çəkilən ixtisasdan məzun olmuşdur. Eyni zamanda, 2014-cü ildən magistratura səviyyəsində də “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə kadr hazırlığı aparılır. İnstitutda “Təhsildə sosial psixoloji xidmət” ixtisası ilə yanaşı “Psixologiya” ixtisası üzrədə bakalavr hazırlığı aparılır. Sonra Azad Novruzov məktəbdə psixoloji xidmətin səmərəli təşkili üçün təkmilləşdirmə kurslarının əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda təhsil prioritet sahəyə çevrilib. Muxtar respublikanın bütün təhsil müəssisələrində təhsilverənlər və təhsilalanlar üçün zəruri şərait yaradılıb. Təhsil müəssisələrində yaradılan şərait həm tədrisin, həm də təhsildə psixoloji xidmətin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıb.

Muxtar respublikamızda ümumtəhsil məktəblərinin psixoloq kadrları ilə təmin olunması diqqətdə saxlanılıb. 2018-ci ildən etibarən psixoloqların ümumtəhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə aparılır. Hazırda ümumtəhsil müəssisələrində 181 psixoloq fəaliyyət göstərir ki, onun da 38-i müsabiqə yolu ilə işə qəbul olunub. Psixoloqlar üçün ümumtəhsil məktəblərində otaqlar ayrılıb. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir ki, onların da Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən psixoloq kurslarına cəlbi daim diqqətdə saxlanılır.
Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 mart 2020-ci il tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na edilmiş dəyişikliyə əsasən ümumtəhsil məktəblərinin psixoloqları da diaqnostik qiymətləndirmədən keçəcəklər. Məktəb psixoloqlarının fəaliyyətinin qiymətləndirilməsi onların vəzifə məsuliyyətlərini artıracaq, onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır. Nəticədə daim yeniliklərlə tanış olan, yeni fəaliyyət istiqamətlərinə uyğun metod və üsullardan istifadə etməklə öz səriştələrini və kompetensiyalarını inkişaf etdirən kadrlar formalaşacaq. Diaqnostik qiymətləndirmə imkan verəcək ki, məktəb psixoloqlarının hazırkı vəziyyəti öyrənilsin, onların bilik və bacarıqları müəyyənləşdirilsin. Bu qiymətləndirmə onların peşəkarlığını daha da təkmilləşdirəcək, ehtiyaclarını öyrənməyə imkan verəcəkdir.

Təhsil naziri bildirmişdir ki, mövcud vəziyyətlə bağlı olaraq ümumtəhsil məktəblərində tədris dayanıb. İyun ayında buraxılış, iyul ayında isə qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Abituriyentlərin bu imtahanlara psixoloji cəhətdən hazır olmaları baxımından psixoloqlar onlarla söhbət aparmalıdır.
Təhsil naziri “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusundakı konfransın məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm rol oynayacağına əminliyini bildirmiş, konfransa öz işində uğurlar arzulamışdır.

Sonra konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərovun “Məktəbdə psixoloji xidmətin təşkilinə yeni baxış” mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin “Psixoprofilaktik işlərin təşkili üzrə işin sistemi” mövzusunda məruzələri dinlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg