Ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə sənəd qəbulunun başlaması ilə əlaqədar Sədərək Rayon Təhsil Şöbəsi tərəfindən bir sıra işlər görülmüş, abituriyentlərə sənəd qəbulunda köməklik edilməsi, onların istiqamətləndirilməsi diqqətdə saxlanmışdır.
İlk növbədə rayon ümumtəhsil məktəblərinin direktorları və XI sinifdə təhsil alan şagirdlərlə onlayn görüş keçirilmiş, sənəd qəbulu qaydaları, qəbul imtahanları ilə bağlı yeniliklər haqqında onlara ətraflı məlumatlar verilmişdir.
Sənəd verən abituriyentlərin valideyinləri və özləri ilə fərdi qaydada marifləndirici söhbətlər aparılmışdır. Artıq rayonun ümumtəhsil məktəblərinin XI sinfində təhsil alan 71 şagirdən 26 nəfəri elektron ərizələrini təsdiq edib. Onlardan 5 nəfəri I, 11 nəfəri II, 7 nəfəri III, 2 nəfəri IV, 1 nəfəri isə V ixtisas qrupunu seçmişdir. 2 nəfər isə orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir.