• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2582
mod_vvisit_counterDünən1856
mod_vvisit_counterBu həftə2582
mod_vvisit_counterBu ay35105
mod_vvisit_counterÜmumi2975916

Tarix: 20 Yan., 2025

Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi keçirilib. Müzakirənin  keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi,

onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, məktəblilərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələri  haqqında məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin   məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsi və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsidir.

Müzakirəni giriş sözü ilə açan Təhsil şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı bildirib ki, elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ildən-ilə təkmilləşən informasiya vasitələrindən istifadə edərək məlumatlanmaq imkanları genişlənsə də, mütaliə özünükəşf üçün ən klassik və səmərəli vərdiş olaraq qalmaqdadır. Çünki ölkənin inkişafı və çiçəklənməsi məhz ilk növbədə onun oxumuş və müvafiq olaraq inkişaf etmiş erudisiyalı gəncliyindən asılıdır.

Müzakirədə iştirak edən müəllim və şagird heyəti tərəfindən hekayə haqqında məlumatlar verilib, əsərdə baş qəhramanın yaşamaq üçün həyatla, təbiətlə və ən əsası özü ilə apardığı mübarizədə necə qalib gəlməsi haqqında geniş mülahizələr aparılıb.

Onlayn kitab müzakirəsində 12 müəllim və 24 şagirdin iştirakı təmin edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg