• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün32
mod_vvisit_counterDünən2626
mod_vvisit_counterBu həftə4514
mod_vvisit_counterBu ay35181
mod_vvisit_counterÜmumi2975992

Tarix: 21 Yan., 2025

“Xarici dildə danış” Layihəsi

Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən şagirdlərin evdə asudə vaxtlarının dəyərləndirilməsi, xarici dildə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşlərinin artırılması və yeni mövzuların əyləncəli şəkildə mənimsənilməsi  məqsədilə  “Xarici dildə danış” layihəsi icra olunur.

“Xarici dildə danış” layihəsi çərçivəsində bütün məktəblilər cütlər və qruplar şəklində birləşərək siniflər üzrə müxtəlif onlayn proqramlardan istifadə etməklə ünsiyyətdə olur. Cütlər şəklində birləşən şagirdlər bir-birinə görüntülü zəng edərək müəyyən olunmuş mövzu üzrə dialoq qurur, qrup şəklində olduqda isə bütün şagirdlər bu prosesə cəlb olunur və yaradılmış qruplar bir-birləri ilə müəyyən olunmuş mövzu ətrafında diskussiya aparır. Həmin siniflərdə tədris aparan xarici dil müəllimləri bu prosesə nəzarət edir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi 21 may 2020-ci il tarixdə “Xarici dildə danış” layihəsi çərçivəsində Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin və onların müəllimlərinin, təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə iştirak edən 34 şagird  cütlərlə birləşərək dialoq yaratmışlar. Onlara Naxçıvan şəhər ümumtəhsil məktəblərində işləyən İngilis dili müəllimləri də dəstək olmuşdur. Dialoq formasında olan çıxışlar bitdikdən sonra, şagirdlər İngilis dilində hazırladıqları mahnı və şeirlərlə  uşaqları bayram münasibəti ilə təbrik etdilər. Sonda Şagirdlər tərəfindən       “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə hazırlanan posterlər nümayiş olunmuşdur.

İki, üç və daha çox dil bilmək şagirdlərin dünyagörüşünün formalaşmasına müsbət mənada təsir edir, hadisələrə daha geniş prizmadan baxmağa kömək edir. Volterin sözü ilə desək, çox dil bilmək bir qalanın bir neçə qapısının açarına sahib olmaqdır.

Naxçıvan Şəhər Təhsil Şöbəsi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg