• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün60
mod_vvisit_counterDünən2626
mod_vvisit_counterBu həftə4542
mod_vvisit_counterBu ay35209
mod_vvisit_counterÜmumi2976020

Tarix: 21 Yan., 2025

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı onlayn valideyn iclası keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar kənd 2 saylı tam orta məktəbdə IX sinif şagirdlərinin valideynlərinin iştirakı ilə onlayn valideyn iclası keçirilib. İclasda məktəbin rəhbər işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

İclasın keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirmək idi.

İclası giriş sözü ilə açan Rayon Təhsil şöbəsinin müdiri Emin Məmmədxanlı günün ən aktual məsələlərinə toxunaraq bildirib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var. Vurğulanıb ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli və savadlanmalıdır. Bu bizim uğurlu gələcəyimiz deməkdir. Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir. Müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir. Müəllimin ən yaxşı köməkçisi isə valideyndir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim-valideyn, məktəb-valideyn əməkdaşlığıdır.

İclasda valideyn-məktəb münasibətlərindən, şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarətindən danışılıb, IX sinif şagirdlərinin buraxılış imtahanının          I mərhələsinin nəticələri müzakirə edilib. Həmçinin Nazirlər Kabinetinin      18 may 2020-ci il tarixli qərarı ilə IX sinif buraxılış qaydalarında edilmiş müvəqqəti dəyişikliklər valideynlərin diqqətinə çatdırılıb. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən namizədlərin və orta ixtisas təhsili müəssiələrinə sənəd verən şagirdlərin onlayn hazırlıqlarının hazırkı vəziyyəti də müzakirə edilib.

İclas çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg