Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə “Təhsildə kurikulumun əhəmiyyəti” mövzusunda onlayn müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Rayon Təhsil şöbəsinin müdiri Samir Zeynalov açaraq ümumtəhsil məktəblərində kurikulumun tətbiqi və əldə olunan nailiyyətlərdən danışıb və müzakirənin işinə uğurlar arzulayıb. Rayon Təhsil şöbəsinin metodkabinə müdiri Elnurə Qənbərova “Kurikulum – nəticələr, reallıqlar”, Bist kənd tam orta məktəbinin direktoru Sahil Əlizadə “Müasir təhsil sistemi - Kurikulum və onun növləri”, Kotam kənd tam orta məktəbin direktoru Ülviyyə Cəfərova “Müasir təhsil sistemində müəllimin qarşısında duran başlıca vəzifələr”, Nüsnüs kənd tam orta məktəbinin müəllimi Xədicə Məmmədova isə “Ümumi təhsilin məzmununa verilən tələblər və məktəb təcrübəsi” başlıqlı məruzələrlə çıxış ediblər.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti