• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün339
mod_vvisit_counterDünən1050
mod_vvisit_counterBu həftə1389
mod_vvisit_counterBu ay15157
mod_vvisit_counterÜmumi2531973

Tarix: 14 May, 2024

“İstedadlı şagirdlər” albom-kataloqunun təqdimatı keçirilib

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “İstedadlı şagirdlər” albom-kataloqunun təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır.

 

Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin tapşırığı ilə cari tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılmış, hazırda isə Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində 15, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə 2 adda innovativ dərnəklərin yaradılması davam etdirilir.

Qeyd olunub ki, belə silsilə tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nəfisşəkildə tərtib olunmuş, yüksək poliqrafik keyfiyyəti ilə seçilən albomkataloqun giriş hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2019-cu il oktyabrın 26-da innovativ dərnəklərin fəaliyyətə başlaması ilə bağlı məlumat və fotolar, istedadlı şagirdlərin fotoları, onlar haqqında ümumi məlumat və əl işləri öz əksini tapıb. Albom-kataloqda, ümumilikdə, 67 şagirdin müxtəlif yaradıcılıq nümunələri yer almışdır.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev çıxış edərək mərkəzdə tədris ili ərzində dərnək üzvlərinin fəal iştirakı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Dərnək üzvlərindən Əzizə Hacıyeva və Kamal Qafarov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq ediblər. Sonda kataloqda əl işləri sərgilənən şagirdlərə albom-kataloqlar təqdim edilib və həmin əlişlərindən ibarətsərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg