Mayın 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri və dərnək üzvləri arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” əsərinin onlayn müzakirəsi keçirilib.
Müzakirənin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, mövcud vəziyyətlə bağlı mütaliəyə marağın artırılması, onların mütaliə mədəniyyətinin düzgün formalaşdırılması, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması idi.
Ülviyyə HACIYEVA
Naxçıvan Mxutar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti