Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi mövcud vəziyyətlə əlaqədar olaraq dərnək məşğələlərini, müsabiqə və yarışmalarını onlayn qaydada həyata keçirir. Belə müsabiqələrdən biri də 18-22 may tarixlərində Mərkəzin Rəsm dərnəyinin üzvləri arasında keçirilən “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş rəsm müsabiqəsidir. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin evdə qaldığı müddətdə asudə vaxtlarını səmərəli təşkil etmək, onları yaradıcılığa daha da həvəsləndirmək idi.
Müsabiqədə Rəsm dərnəyinin üzvləri iki yaş qrupu - 6-11 və 11-17 yaş olmaqla iştirak ediblər. Müsabiqənin yekun nəticəsi olaraq, 6-10 yaş arası şagirdlərdən I yerə Kazımova Nigar, II yerə Quliyev Yaqub, III yerə Qəmbərli Fuad, 11-17 yaş arası şagirdlərdən isə I yerə Allahverdiya Aysun, II yerə Rəhimova Nuray, Qəmbərli Ramal, III yerə isə Qəmbərova İnci layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti