• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün828
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2801
mod_vvisit_counterBu ay35133
mod_vvisit_counterÜmumi2502398

Tarix: 23 Apr., 2024

“Şəxsiyyətin formalaşdırılması prosesində psixoloqların iştirakı” mövzusunda müsabiqənin onlayn yekun iclası keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin psixoloqları arasında “Şəxsiyyətin formalaşdırılması prosesində psixoloqların iştirakı” mövzusunda elan edilən məqalə müsabiqəsinin onlayn yekun müzakirəsi keçirilib.

Yekun müzakirədə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri və psixoloqlar iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək, ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir.

Müzakirəni giriş nitqi ilə Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı açmış, sonra proqram üzrə mövzular ətrafında geniş müzakirələr aparılıb, psixoloqlar tərəfindən “Məktəbdə psixoloji işin təşkili”, “Psixoloji xidmətin günün tələbləri səviyyəsində qurulması”, “Psixoloqların fəaliyyətinin praktik və metodiki cəhəti” mövzusunda hazırlanan məruzələr dinlənilib.

Müzakirədə psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün təhliletmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.

Müzakirə ilə davam edən iclasda psixoloqları maraqlandıran suallar cavablandırılıb, fikir və təkliflər səsləndirilib.

Sonda məruzələr sadə araşdırmalara, yaradıcılıq elementləri və təcrübə vərdişlərinə əməl olunması meyarları üzrə qiymətləndirilib. Müsabiqənin yekun nəticələrinə əsasən, Qarabağlar kənd 1saylı tam orta məktəbin psixoloqu Məhluqə Abbasovanın “Məktəbdə psixoloji işin təşkili” mövzusunda hazırladığı məqalə qalib olub.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg