Babək rayonunun əhatə etdiyi ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “28 May-Respublika Günü”nə həsr olunmuş onlayn bilik yarışması keçirilib.
Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək, dövlətçilik ənənələrini inkişaf etdirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışmada Babək Rayon Təhsil Şöbəsinin metodkabinə müdiri Respublika Günü ilə əlaqədar şagirdlərə məlumat verib, yarışmada şagirdlərə uğurlar arzulayıb.
Yarışmada 30 sual səsləndirilib və hər şagird müstəqil şəkildə sualları cavablandırıb. Yarışmanın sonunda toplanan ballar hesablanaraq qaliblər müəyyən oldunub. Belə ki, Şıxmahmud kənd tam orta məktəbin XI sinif şagirdi Qafarlı Rəvan I yerə, Şıxmahmud kənd tam orta məktəbinin XI sinif şagirdi Nağıyev Peyman II yerə, Qəsəbə-1 saylı tam orta məktəbin VIII sinif şagirdi Bağırlı Gülay isə III yerə layiq görülüb. Hımçinin yarışmada Hacıvar, Yarımca kənd tam orta məktəblərinin şagirdləri də fəallıq göstəriblər.
Yarışmanın qalibləri diplomla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti