Babək rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin fəal iştirakı ilə “Azərbaycan Xalq Cumhuriyyəti” mövzusunda onlayn açıq dərs keçirilib.
Açıq dərsin keçilməsində məqsəd şagirdlərdə dövlətçilik ənənələrini inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir.
Dərsin gedişində Azərbaycan Demokratik Respublikasının necə yarandığı, hansı sosial, iqtisadi, siyasi, mədəni tədbirlərin görüldüyü haqqında şagirdlərə məlumat verilib, Azərbaycan Xalq Cumhuriyyətinin digər dövlətlər tərəfindən müstəqilliyinin tanınması xüsusilə qeyd edilib.
Sonda şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti