Bildiyimiz kimi, bütün dünyada “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Müsabiqədə 21 tam orta məktəbin 27 şagirdi iştirak edib. Şagirdlər uşaq hüquqlarına həsr olunmuş şeirlər səsləndiriblər. Sonra şagirdlər tərəfindən “Uşaqlar bizim gələcəyimizdir”, “Bir gün deyil, hər gün uşaqların bayramı olsun”, ”Heç bir uşaq ata, ana sevgisindən məhrum olmasın” kimi posterlər nümayiş olunub. Müsabiqədə Kərimbəyli, Şəkərabad, Didivar, Cəhri 2 saylı, Qəsəbə 2 saylı, Sirab, Kültəpə və Nəhəcir kənd tam orta məktəblərinin şagirdləri fərqləniblər. Fərqlənən şagirdlər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti