• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün670
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11319
mod_vvisit_counterBu ay43651
mod_vvisit_counterÜmumi2510916

Tarix: 27 Apr., 2024

Sədərək rayonunda “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar onlayn tədbir keçirilib.

Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və  ümumtəhsil məktəblərinin  şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodikabinə müdiri Bulud Bağırlı diqqətə çatdırıb ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Naxçıvan Muxtar Respublikasında da uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir. Metodikabinə müdiri bildirmişdir ki,  ümumtəhsil müəssisələrində təhsil dayandırıldıqdan sonra Sədərək rayon ümumtəhsil məktəblərində də tədris onlayn qaydada davam etdirilir. Müəllimlər şagirdlərin dərslərdən geri qalmamaları üçün səylə çalışırlar. “Evdə qal, dərsdən qalma” aksiyasına qəsəbə və kənd  məktəbləri də qoşulub.

Rayonun yaşayış məntəqələrində sürətli internetin olması müəllim və şagirdlərə evdə qalmaqla təhsili davam etdirilmələrinə geniş imkan verir. Hazırda rayonda fəaliyyət göstərən müəllimlər “Evdə qal, dərsdən qalma” şüarı altında birləşərək müxtəlif proqramlar vasitəsilə onlayn dərslər təşkil edir, şagirdlərə tapşırıqlar verir və mövzuları izah edirlər.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il   28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar” mütaliə olunur və onlayn müzakirələr keçirilir. 3  aya yaxındır ki, şagirdlərin bilik və bacarıqlarla təmin olunması, onlara təlim prosesində keçiriləcək dərs mövzularının  çatdırılması istiqamətində də müəyyən işlər görülüb.

Şagirdlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş virtual dərs resurslarından faydalanaraq öz bilik və bacarıqlarını təkmilləşdirirlər. Şagirdlərdə mütaliə və nitq vərdişlərinin formalaşması məqsədilə sinifdənxaric oxu materiallarından istifadə etmələri, onların müəyyən layihələr üzərində işləmətlərinə də diqqət yetirilir.

Mövcud vəziyyətlə əlaqədar olaraq sinif rəhbərləri valideynlərlə müntəzəm əlaqə saxlayır, şagirdlərin təlim və tərbiyə prosesinin düzgün aparılması məqsədilə onlarla maarifləndirici söhbətlər aparır, şagirdlərin müəllimlərinin verdikləri tapşırıqları yerinə yetirmələri üçün valideynlər tərəfindən şərait yaradılmasına nail olunur.

Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinə onlayn dərslərdə fəal iştirak etdiklərinə görə öz təşəkkürünü bildirib.

Sonda  ümumtəhsil məktəblərinin müəllimləri də şagirdləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg