Babək rayon ümumtəhsil məktəblərinin kitabxanaçıları ilə onlayn müzakirə keçirilib. Babək Rayon Təhsil Şöbəsinin Metodkabinə müdiri Əbdüləli Mirzəyev kitabxana işinin təşkili ilə bağlı danışaraq qeyd edib ki, muxtar respublikada dövlət qayğısı ilə əhatə olunmuş ümumtəhsil məktəblərində kitabxanaların da maddi-texniki bazası möhkəmləndirilmiş, kitabxabxanalar informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur.
Qeyd olunmuşdur ki, tariximizi, mənəvi sərvətimizi qoruyub saxlayan nəsildən - nəsilə ötürən məbədlərdən biri də kitabxanalarımızdır. Mövcud vəziyyətlə əlaqəli yaranmış çətinliyə baxmayaraq müntəzəm olaraq şagirdlərlə əlaqə saxlayır, onaları mütaliəyə səsləyirik.
Babək rayon Qəsəbə-1 saylı tam orta məktəbin kitabxana müdiri Ruhiyyə Fərəcova və Sirab kənd tam orta məktəbinin kitabxana müdiri Cahan Seyidova bildirib ki, məktəblərdə tədrisin dayanmasına baxmayaraq biz şagirdlərlə daim əlaqə saxlayır, onlarla oxuduqları kitablarla bağlı müzakirələr aparırıq.
Sonda kitabxanaçıları maraqlandıran suallara aydınlıq gətirilib, Rayon Təhsil Şöbəsi tərəfindən onlara zəruri tapşırıqlar verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti