• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4945
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9130
mod_vvisit_counterBu ay41462
mod_vvisit_counterÜmumi2508727

Tarix: 25 Apr., 2024

Uşaqlar nurlu sabahımız, xoşbəxt gələcəyimizdir

Kamal Qafarov Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Robotexnika dərnəyinin üzvüdür. Kamal deyir ki, uşaq yaşlarından bu sənətə marağı olub. Ona alınan oyuncaqlara baxaraq yenilərini qurmağa çalışıb və bu maraqlı sahəyə həvəsi günü-gündən artıb. Eşidəndə ki, adıçəkilən mərkəzdə Robotexnika dərnəyi fəaliyyət göstərir, o da bu dərnəyə üzv olmaq üçün müraciət edib.

Məşğələlərə başladığı ilk günlərdən Kamal qabiliyyət və bacarığı ilə seçilib. Müxtəlif əl işləri yaradıb. Bu işlər sırasında yükdaşıyıcı, zəka kubiki quran, xətt izləyən robotlar diqqətimizi cəlb edir. Bu əl işləri 2020-ci ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “İstedadlı şagirdlər” adlı albom-kataloqda da yer alıb. Həmin əl işləri mərkəzdə təşkil olunmuş sərgidə nümayiş etdirilir. Hazırda Kamal ən böyük robotexnika yarışı olan Dünya Robot Olimpiadasının seçmə turuna hazırlaşır. O həm də dörd yaşından şahmatla məşğul olur, üçüncüdərəcəli şahmatçıdır və muxtar respublikada keçirilən yarışlarda iştirak edərək bir sıra uğurlar qazanıb. Kamal oxuduğu məktəbdə də öz istedadı ilə seçilir. O, dərs əlaçısıdır və sınaq imtahanlarında 10-dan çox diploma layiq görülüb. Ötən il fizika fənni üzrə “Evrika” adlı yarışda birinci yeri tutub, Amerika Birləşmiş Ştatlarında onlayn keçirilən riyaziyyat olimpiadasında sertifikatla mükafatlandırılıb, Naxçıvan Muxtar Respublikası üzrə təşkil edilən riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. Bu istedadlı yeniyetməmizin gələcək arzusu memar olmaqdır və bunun üçün çox çalışdığını deyir. O, yaradıcılıq mərkəzində Memarlıqdizayn dərnəyinə də yazılıb. “Naxçıvan hotel” adlı layihə hazırlayıb və bu layihənin uğur qazanacağına inanır. Anası Kəmalə Qafarova belə yeniyetmə və gənclərin istedad və bacarıqlarının üzə çıxmasına şərait yaratdığı üçün dövlətimizə minnətdarlığını bildirir.

Ramiyyə ƏKBƏROVA

Ceyhun MƏMMƏDOV

Güntac ŞAHMƏMMƏDLİ

Pərviz HACILI


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg