• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün156
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7309
mod_vvisit_counterBu ay30514
mod_vvisit_counterÜmumi2497779

Tarix: 20 Apr., 2024

Uşaqlar nurlu sabahımız, xoşbəxt gələcəyimizdir

4 ildir ki, sərbəst güləşlə məşğul olan Ələkbər Əsgərov muxtar respublika və şəhər birinciliklərində, eləcə də İran İslam Respublikasında təşkil olunan beynəlxalq turnirdə mükafatçılar sırasına düşməyi bacarıb. Azyaşlı güləşçimizin ən böyük arzusu isə ölkə birinciliyinin qalibi olub, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməkdir: “Güləşi seçməyimin əsas səbəbi atamın da bu idman növü ilə məşğul olmasıdır.

Demək olar ki, ilk müəllimim də məhz atamdır. 6 yaşımdan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Faiq İsgəndərovun rəhbərliyi altında məşqlərə başlamışam. Məşqçinin verdiyi bütün tapşırıqları səhvsiz yerinə yetirməyə çalışıram. Çətinliyim olduğu zaman məşqçilər, eləcə də təcrübəli güləşçilərimiz köməklik edirlər. Məşqçimiz hər zaman bizə məşqlərə daha məsuliyyətlə yanaşmağı tapşırır. Bu idman növünə olan marağım hədsiz olduğu üçün elə ilk yarışımda da mükafat qazanmağa nail olmuşam, bütün birinciliklərdə ön yerlərə çıxmağa çalışıram. Ən böyük uğurum İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə qazandığım qələbə olub. İlk dəfə idi, belə böyük turnirdə mübarizə aparırdım. Bu məni həyəcanlandırdığı kimi həm də qarşımda böyük məsuliyyət qoymuşdu. Turnirdə uğur qazanıb Naxçıvan güləş məktəbinin ənənələrini layiqincə təmsil etməyi düşünürdüm. Keçirdiyim bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi oldum. Bu, təkcə mənim yox, eyni zamanda məşqçilərimizin, bizə bu sahədə köməklik edən hər bir kəsin qələbəsi idi”. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alan Ələkbər Əsgərovun fikrincə, qazandığı uğurların əsas səbəbi doğma diyarımızda idmançılar üçün yaradılan şəraitdir: “Məşq etməyimiz üçün zalımızda hər bir şərait var. Bununla yanaşı, Güləş Federasiyası keçirilən bütün turnirlərdə, yarışlarda iştirakımızı təmin edir. Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq və muxtar respublikamızı layiqincə təmsil edək”.

Ramiyyə ƏKBƏROVA

Ceyhun MƏMMƏDOV

Güntac ŞAHMƏMMƏDLİ

Pərviz HACILI


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg