Naxçıvan Qarnizonu tam orta məktəbinin 7-ci sinif şagirdi Elcan Mirələmov Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki Dulusçuluq dərnəyinin üzvüdür. Qədim sənət sahələrindən olan dulusçuluğa böyük maraq və həvəsi olduğunu söyləyən müsahibim qeyd edir ki, televiziyada dulusçuluq haqqında sənədli filmləri izlədikcə, tarix dərsliklərimizdə onunla bağlı məlumatları öyrəndikcə bu sənətə böyük marağım yarandı.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində belə bir dərnəyin fəaliyyət göstərdiyini öyrənəndə çox sevindim və bu sahəyə marağımı nəzərə alan valideynlərim məni dərnəyə üzv yazdırdılar. Biz burada müxtəlif dulusçuluq nümunələri hazırlayırıq. Onu da qeyd edim ki, bu həm də çox əyləncəli bir sahədir. Mən gələcəkdə də ikinci sənət kimi dulusçuluqla məşğul olmaq istəyirəm. Elcanın atası Elşad Mirələmov deyir ki, bu gün müstəqil Azərbaycanın uşaqları çox xoşbəxtdirlər. Ona görə ki, uşaqlarımızın bütün hüquq və azadlıqları təmin olunur. Onların gələcəkdə dünyagörüşlü, intellektli, vətənpərvər bir insan kimi yetişməsi üçün hərtərəfli şərait yaradılıb. Mən də bir valideyn olaraq çox xoşbəxtəm ki, övladım müstəqil Azərbaycan dövlətində yaşayır, böyüyür və təhsil alır. –
Ramiyyə ƏKBƏROVA
Ceyhun MƏMMƏDOV
Güntac ŞAHMƏMMƏDLİ
Pərviz HACILI