Babək rayon Zeynəddin kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında tarix fənnindən “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn açıq dərs keçirilib.
Açıq dərsin keçirilməsində məqsəd pandemiya dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və Milli Qurtuluş Günü haqqında onlara ətraflı məlumat vermək idi.
Zeynəddin kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda tarix müəllimi Lümunət Həsənova əvvəlcə “15 İyun-Milli Qurtuluş Günü” haqqında şagirdlərə məlumat verib
Müxtəlif siniflərdən iştirak edən şagirdlərin hər biri ümummilli liderin həyat yolu və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndiriblər.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti