Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri arasında 2019-2020-ci tədris ilində ümumi təhsil pilləsi üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsinin aparılması haqqında onlayn iclas keçirilib.
İclasda çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodkabinə müdiri Bulud Bağırlı bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 01 iyun 2020-ci il tarixli müvafiq əmrinə əsasən ümumtəhsil məktəblərinin I siniflərində təhsil alan şagirdlərə məktəbdaxili qiymətləndirmələr aparılmayacaq. II-XI sinif şagirdlərinin tədris ilinin I yarımilillik balları və qiymətləri isə müvafiq olaraq II yarımil üçün də qəbul ediləcək.
Sonda Sədərək Rayon Təhsil Şöbəsi tərəfində məktəbdaxili qiymətləndirilmənin aparılması ilə əlaqədar hazırlanan videoçarx iştirakçılara nümayiş etdirilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti