Culfa Rayon Usaq-Gənclər Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Mərkəzinin birgə iştirakı ilə “15 İyun-Milli Qurtuluş Günü” adlı onlayn müzakirə keçirilib. Mərkəzlərin dərnək rəhbərləri tərəfindən keçirilən müzakirənin əsas məqsədi Milli Qurtuluş Gününün önəmini dərnək üzvlərinə izah etmək və dərnək üzvlərinin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir. Onlayn tədbirdə Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Qızxanım Hüseynova və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Tahirə Zeynalova dərnək üzvlərinə geniş məlumatlar veriblər.
Sonda Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Zeynalova Tahirə “Azərbaycanı ağır sınaqlardan çıxaran Heydər Əliyev dühası” mövzusunda məruzə ilə çıxış edib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti