Şahbuz Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Naxçıvan tarixi” mövzusunda onlayn bilik yarışması keçirilib. Yarışmada 14 məktəbin şagirdləri iştirak edib.
Yarışmanın keçirilməsində əsas məqsəd Naxçıvanın zəngin tarixi, qədim abidələri, flora və faunası haqqında şagirdlərin biliklərinin üzə çıxarılmasından ibarət idi.
Bilik yarışmasının yekun nəticəsinə görə Badamlı qəsəbə tam orta məktəbin VII sinif şagirdi Səma İsmayılova I, Aşağı Qışlaq kənd tam orta məktəbin X sinif şagirdi Əli Yusifov II, Kolanı kənd tam orta məktəbin VII sinif şagirdi Zaur Hüseynli isə III yerə layiq görülüb.
Qaliblər diplomlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti