Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində onlayn pedaqoji şura iclası keçirilib.
İclasda rayon Təhsil Şöbəsinin müdiri, əməkdaşları, sinif rəhbərləri və məkəb rəhbərləri iştirak edib. İclasda çıxış edən Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin direktoru Qurban Qasımov şuranın gündəliyində duran məsələləri diqqətə çatdırıb, 2019-2020-ci tədris ilinin yekunu və qarşıda duran vəzifələr haqqında iclas iştirakçılarına məlumat verib.
Qeyd edək ki, kitabların yığılması, saxlanılması, məktəb və sinif rəhbərlərinin I-VIII, X sinif şagirdlərinin sinifdən-sinifə keçirilməsi və IX-XI siniflərin buraxılış imtahanlarına buraxılmasıyla bağlı hesabatları dinlənilib və müvafiq qərarlar qəbul olunub.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti