Şahbuz rayon ümumtəhsil məktəblərinin VIII sinif şagirdləri arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Qurban Səidin “Əli və Nino”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” əsərlərinə aid onlayn bilik yarışması keçirilib. Bilik yarışmasında 16 məktəbin şagirdi iştirak edib. Şagirdlərə kitablara aid suallar təqdim olunub.
Yarışmanın keçirilməsində məqsəd şagirdlərin bədii ədəbiyyata olan marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və mütaliə mədəniyyətini möhkəmləndirməkdən ibarət idi.
Onlayn yarışmanın yekun nəticəsi olaraq Aşağı Qışlaq kənd tam orta məktəbin VIII sinif şagirdi Şəhanə Eylazalı I, Şahbuzkənd kənd tam orta məktəbin VIII sinif şagirdi Bahar Həsənəliyeva II, Badamlı qəsəbə tam orta məktəbin VIII sinif şagirdi Lamiyə İsmixanlı isə III yerə layiq görülüb.
Qaliblər diplomlarla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti