• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün571
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə5213
mod_vvisit_counterBu ay1274
mod_vvisit_counterÜmumi2518090

Tarix: 02 May, 2024

Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün test imtahanlarına start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları başlayıb.

Müsabiqəyə çıxarılmış 140 vakant vəzifənin tutulması üçün 160 namizəd sənəd təqdim edib. Müsabiqədə hər bir namizədə ümumilikdə 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir.

İmtahanda iştirakçılar tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır.

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.Tərbiyəçi, psiхоlоq, uşaq birliyi təşkilatının rəhbəri, laborant, kitabxana müdiri, kitabхanaçı vəzifələrinə, işə qəbul üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Qeyd edək ki, test imtahanlarının keçirilməsində əsas məqsəd yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrların seçilərək həmin təhsil müəssisələrinə yerləşdirilməsidir. İmtahanların nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 18 iyun 2020-ci il tarixədək davam edəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg