Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “HEYDƏR ƏLİYEV: Naxçıvandan başlanılmış qurtuluş mübarizəsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı Milli Qurtuluş Gününün önəmindən danışıb və bu günün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb.
Tədbirdə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədovun “Milli Qurtuluş Günü-Azərbaycanın firavan gələcəyinə doğru açılan yol”, Yeni Kərki kənd tam orta məktəbinin tarix müəllimi İlahə Mahmudovanın “Ulu öndər Heydər Əliyev və Milli Qurtuluş fəlsəfəsi”, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərovun “Milli qurtuluşun işığında Naxçıvan” və Yeni Kərki kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucovanın “Milli Qurtuluş Günü-dövlətçiliyimizin xilas tarixidir” mövzusunda məruzələri dinlənilib.
Sonda şagirdlərin ifasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş şeirlər dinlənilib.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti