Bu gün Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirin əsas məqsədi Milli Qurtuluş Gününün önəmini şagirdlərə izah etmək və Ulu öndərin Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısındakı böyük xidmətlərini bir daha xatırlatmaqdan ibarət idi.
Tədbirdə çıxış Təhsil Şöbəsinin müdiri Araz Məmmədov qeyd edib ki, bu gün ölkəmizin hərtərəfli inkişafının təməli məhz bu tarixi gündən başlanır. Təhsilimizdə olan yeniliklər, müəllim və şagirdlər üçün əlverişli təhsil mühitinin yaranması, yeni məktəb binalarının inşası, onun maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsi ümummilli liderimizin başladığı yolun onun davamçıları tərəfindən layiqincə yerinə yetirilməsi nəticəsində əldə olunub.
Daha sonra Milli Qurtuluş Günü barədə məktəbin müəllimləri tərəfindən şagirdlərə geniş izah verilib.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti