Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və dərnək üzvüləri arasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar onlayn rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Arif Həmzəyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və “15 İyun-Milli Qurtuluş Günü”nü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Günün önəmindən bəhs etdikdən sonra Mərkəzin direktoru müsabiqəni açıq elan edib.
Maraqlı keçən müsabiqənin sonunda münsiflər heyətinin yekun qərarına əsasən I yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Zamanov İslam Malik oğlu, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Əliyev Turan Tural oğlu və III yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin V sinif şagirdi Abdullazadə Sevgi Arzuman qızı layiq görülüb.
Qaliblər diplomlarla mükafatlandırılıblar.
Müsabiqənin sonunda virtual rəsm sərgisinə baxış keçirilib.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti