Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Ordubad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Keçirilən onlayn tədbirlərdə rayonun ümumtəhsil məktəbləri aktiv iştirak edirlər.
Bu gün keçirilən onlayn tədbirdə İnternat tam orta məktəbinin müəllimi Nuranə Abdullayeva tərəfindən məktəbin V sinif şagirdlərinə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin məhv olmaq təhlükəsindən xilas edilməsi, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından danışdı.
Sonra Ordubad şəhər 3 saylı tam orta məktəbin müəllimləri Əfsanə Əliyeva və Samirə Abbasova, Vənənd kənd tam orta məktəbin müəllimi Mətanət Məmmədova, Yuxarı Əylis kənd tam orta məktəbinin direktoru Hüseyn Əsədov, tarix müəllimi Yusif Qədirquliyev də onlayn tədbirdə çıxış etdilər.
Sonda şagirdlərin Ümummilli lider haqqında söylədikləri şeirlər dinlənilib.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti