Şahbuz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin Metodkabinə müdiri Aynur Quliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sayəsində Azərbaycan öz müstəqilliyini qoruya bildi və ildən-ilə inkişaf edib bugünkü səviyyəyə çatdı.
Daha sonra Yuxarı Qışlaq kənd tam orta məktəbin tarix müəllimi Çinarə Ələkbərova və Kükü kənd tam orta məktəbin tarix müəllimi Qəmər Hüseynova Milli Qurtuluş Günü ilə əlaqədər şagidlərə ətraflı məlumat veriblər.
Sonda şagirdlərin müəllimlərə ünvanladığı müxtəlif suallar ətrafında geniş fikir mübadiləsi aparıldı.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti