Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.
Təhsil şöbəsinin metodisti Rasim Şirinov çıxış edərək “15 İyun-Milli Qurtuluş Günü”nün mahiyyəti haqqında məlumat verib.
Culfa şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi İradə Abdullayeva, Culfa şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nazim Ağayev çıxış edərək Milli Qurtuluş Gününün önəmindən bəhs edərək bildiriblər ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı zülmətə bürünmüş məmləkətə günəş kimi doğdu. 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi xalqı bütün faciələrdən qorudu.
Sonda Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Ulu öndərə həsr olunmuş şeirlərini səsləndiriblər.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti