Bu gün Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Heydər Əliyev adına Hərbi Liseyin sonuncu kursunda təhsil alan kursantlar üçün buraxılış imtahanı keçirilib. 1 mərhələdə keçirilən imtahanda liseyin 188 kursantı iştirak edib. Kursantlar binaya daxil olarkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında bəyannaməni təqdim ediblər.
İmtahanda kursantların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Kursantlar binaya daxil olarkən müəyyən məsafə qorunub, hərarətləri yoxlanılıb və öncədən dezinfekhavalandırılmış otaqlarda tam təhlükəsiz şəraitdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
İmtahanın yüksək səviyyədə keçirilməsi üçün nəzasiya işləri aparılmış və rətçilərlə imtahandan 1 gün əvvəl videobağlantı vasitəsilə seminar keçirilib.
Qeyd edək ki, imtahan üçün məktəb binasında 16 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 21 nəzarətçi–müəllim cəlb edilib. İmtahan keçirilməsi üçün kursantlara 3 saat vaxt ayrılıb.
İmtahan zamanı kursantlara Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25 və xarici dildən isə 30 olmaqla ümumilikdə 85 sual təqdim edilib. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti