Naxçıvan Muxtar Respublikası Təhsil və Maliyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən videotəlimə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin şagirdləri cəlb edilib.
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində baş tutan təlimə 15-dən çox məktəbli cəlb olunub. Təlimdə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyəti haqqında məlumat verilib.
İnteraktiv hissədə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib.