Şahbuz Rayon Təhsil Şöbəsi və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş yüngül atletika yarışı keçirilib.
Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov yarışın mahiyyəti haqqında məlumat verərək bildirib ki, Milli Qurtuluş Gününün qeyd edilməsi, istedadlı atletlərin üzə çıxarılması və rayonun yığma komandasının tərkibinə yeni üzvlərin seçilməsindən ibarətdir.
Gənclər və İdman İdarəsinin müdiri İdris Qəhrəmanov yarışın keçirlməsi qaydalarını iştirakçılara izah etdi.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti