Babək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin V-X sinif şagirdləri arasında “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn şeir müsabiqəsi keçirilib.
Babək Rayon Təhsil Şöbəsinin metodkabinə müdiri Əbdüləli Mirzəyev Milli Qurtuluş Gününün əhəmiyyətindən şagirdlərə danışıb.
Şagirdlər Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndiriblər. Məktəblərdən I yerə Şəkərabad kənd tam orta məktəbinin şagirdləri, II yerə Didivar və Zeynəddin kənd tam orta məktəblərinin şagirdləri, III yerə Qaraqala və Nəhəcir kənd tam orta məktəbinin şagirdləri layiq görülüblər.
Sonda yer tutan və fərqlənən şagirdlər diplomla təltif olunublar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti