Culfa Rayon Təhsil Şöbəsi 2019-2020-ci tədris ilinin başa çatması ilə əlaqədar olaraq rayonun ümumtəhsil məktəblərinin direktor və kitabxana müdirlərinə dərsliklərinin yığılması üçün onlayın iclas keçirib.
İclasda rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev 2019-2020-ci tədris ilinin başa çatması ilə əlaqədar 14 iyun tarixindən başlayaraq dərsliklərin yığılmasına start verildiyini və dərsliklərin toplanması üçün sosial məsafənin gözlənilməsinin əsas şərt olduğunu bildirib.
Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov çıxış edərək dərsliklərin mərhələli şəkildə sinif rəhbərlərinin iştirakı ilə yığılmasını, xüsusilə buraxılış sinfi olan IX və XI sinif dərsliklərin tam yığılmasını, yığılan dərsliklərin cədvəl şəklində təhsil şöbəsinə göndərilməsini kitabxana müdirlərinin diqqətinə çatdırıb.
Yekunda kitabxanaçıları maraqlandıran suallar cavablandırılıb.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti