Bu gün Şərur Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin kitabxanaçıları ilə onlayn müzakirə keçirilib. Təhsil Şöbəsinin baş məsləhətçisi Ədalət Əhmədov kitabxana işinin təşkili ilə bağlı qeyd edib ki, muxtar respublikada dövlət qayğısı ilə əhatə olunmuş ümumtəhsil məktəblərinin kitabxanalarında maddi-texniki baza möhkəmləndirilmiş, kitabxanalar informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur.
Qeyd olunub ki, mövcud vəziyyətlə əlaqədar yaranmış çətinliyə baxmayaraq müntəzəm olaraq şagirdlərlə əlaqə saxlayır onları mütaliyəyə səsləyirik.
Məktəb kitabxanaçılarına dərsliklərin akt tərtib olunaraq sinif rəhbərlərinin köməyi ilə kitabxanaya təhvil verilməsi və digər zəruri tapşırıqları verilib.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti