• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün275
mod_vvisit_counterDünən1856
mod_vvisit_counterBu həftə2131
mod_vvisit_counterBu ay32798
mod_vvisit_counterÜmumi2973609

Tarix: 20 Yan., 2025

Bu gün Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır. Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün hər keçən il müraciət edən şagirdlərin sayı artmaqdadır.

2020-2021-ci tədris ili üzrə Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı 12 iyun 2020-ci il saat 10:00-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda iştirak etmək üçün mayın 6-dan mayın 29-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VI sinfini bitirən 352 oğlan şagirdi qeydiyyatdan keçib.

Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5, biologiya fənni üzrə 5 olmaqla ümumilikdə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 150 dəqiqə vaxt verilib.

İmtahan zamanı şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədi ilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Belə ki, nəzarətçi və şagirdlər maskayla təmin edilib, hərarətləri ölçülüb, dezinfeksiyaedici vasitələrdən istifadə edilib və şagirdlərin oturma vəziyyəti şahmat formasında təşkil edilib. Müsabiqənin keçirilməsi üçün 35 sinif otağı ayrılıb.

Qeyd edək ki, test formatında keçirilən imtahanda muxtar respublika üzrə fəal iştirak edən və ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə VII sinifdə təhsil alacaqlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg