• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün278
mod_vvisit_counterDünən1856
mod_vvisit_counterBu həftə2134
mod_vvisit_counterBu ay32801
mod_vvisit_counterÜmumi2973612

Tarix: 20 Yan., 2025

Ümumtəhsil məktəbləri 2019-2020-ci tədris ilini uğurla başa vurdu

Muxtar respublikada bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğının sayəsində Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Muğanlı, Muğancıq Mehrab, Yeni Havuş, Xələc kənd tam orta, Babək rayon Kültəpə kənd tam orta, Gülşənabad kənd ümumi orta, Ordubad rayon Vənənd, Şahbuz rayon Türkeş, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin yeni binaları istifadəyə verilmişdir.

Tədris ili ərzində təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  5 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 4 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2019-2020-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, peşə təhsilinin təşkili diqqətdə saxlanılmış, dərsliklərin müzakirəsi, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin aşkarlanması, idmanın kütləviliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Tədris ili ərzində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və müasir təlim üsullarının tətbiqi sahəsində bacarıqlarının artırılması məqsədilə ali təhsil müəssisələri ilə birgə elmi-praktik konfranslar, seminarlar və digər tədbirlər həyata keçirilmiş, ali məktəblərin professor və müəllim heyətləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə dərsliklərin müzakirəsi həyata keçirilmişdir.

2019-2020-ci tədris ilində interaktiv və nümunəvi dərslərin  keçirilməsi diqqətdə saxlanılmış, muzeylərlə ümumtəhsil məktəbləri arasında 14, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə 7, Naxçıvan Şahmat Mərkəzi ilə ümumtəhsil və Şahmat Məktəbləri arasında 15 interaktiv dərs, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən 917 saat nümunəvi dərs keçirilmişdir.

Tədris ili ərzində istedadlı şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması, onların potensialının inkişafı istiqamətində bir sıra işlər görülmüş, olimpiada hərəkatı diqqətdə saxlanılmış, muxtar respublika və respublika fənn olimpiadaları, həmçinin beynəlxalq səviyyəli bilik yarışları həyata keçirilmişdir.

Muxtar respublikada ixtisaslı kadr hazırlığı təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı və innovasiyaların yaradılması istiqamətində yeni vəzifələr müəyyənləşdirmişdir. Bu Sərəncam hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələri genişləndirməklə yanaşı, insan kapitalının inkişafına xidmət etmiş, kreativ düşüncəli yeni nəslin formalaşmasına, gənclər tərəfindən irəli sürüləcək yeni startap layihələrinin dəstəklənməsinə öz müsbət təsirini göstərmişdir.

Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncəni və inkişafa xidmət edən layihələrin hazırlanmasına geniş imkanlar açmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində bir sıra layihələr tətbiq edilir.

Təhsil sistemində  aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi təhsilalanların və təhsilverənlərin potensiallarının inkişafına müsbət təsir göstərir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tətbiq edilən “İnnovativ dərnəklər”, “Sabahın Müəllimləri”, “Sabahın tədqiqatçıları”, “İnteraktiv dərnəklər”, “Nümunəvi dərslər”, “Dərsdən sonra”, “Həftə sonu” kimi layihələr muxtar respublika təhsilində təhsil iştirakçılarının xüsusi fəallığına səbəb olmuşdur. Bütün bunlar muxtar respublikada yaradılmış müasir təhsil infrastrukturu, təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur.

Muxtar respublikada gənc kadrların işlə təminatı da daim diqqətdə saxlanılır. “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətlənməsinin aparılması Qaydaları”na uyğun olaraq müəllimlərin dövlət ümumi təhsil  müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına daim dəstək göstərmişdir.

Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, tələbələrin dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkili, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsi məqsədilə tətbiq edilən “Sabahın müəllimi” layihəsi  muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərir.

Başa vurduğumuz tədris ili bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki, ilk dəfə olaraq VII siniflərdə dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”-i tədris edilmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamış, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-aritmetik dərnəklərinin, Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində isə innovativ dərnəklərin yaradılması istiqamətində təşkilati işlər yekunlaşmışdır. İstedadlı şagirdlərin əl işlərindən ibarət albom-kataloq nəşr edilmişdir. Ümumtəhsil məktəblərində kompüterlərin, elektron lövhələrin, şəbəkə qurğularının, digər elektron cihaz və avadanlıqların alınmasını, quraşdırılmasını, təmirini və onlara texniki xidmət göstərilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.

Bu tədris ili ümumtəhsil məktəblərinin IX sinfini 3546, XI sinfini isə 2723 şagird bitirmişdir. XI sinif məzunlarından 2575-i, yəni 94,6 faizi ali və orta ixtisas müəssisələrinə qəbul üçün sənəd vermişdir. Həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılmışdır. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 352, Qızlar Liseyinə isə 230 şagird sənəd vermiş, iyunun 11-də Naxçıvan Qızlar liseyinə, iyunun 12-də isə Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilmişdir.

Mövcud vəziyyətlə bağlı mart ayının əvvəlindən tədris prosesinin dayandırılmasına baxmayaraq son 4 ay ərzində şagirdlərə gündəlik olaraq mövzular çatdırılmış, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələri ilə qarşılıqlı sıx əməkdaşlığın qurulması diqqətdə saxlanılmış, onlayn qaydada konfranslar və təlimlər davam etdirilmişdir. Muxtar respublikada bütün sahələri əhatə edən yüksək infrastrukturun, internetlə təmin olunmanın nəticəsidir ki, tədrisin dayanması şagirdlərin təhsil alması ilə yanaşı, onların bir sıra müsabiqələrə qoşulmasına maneə olmamış, öz istedadları ilə fərqlənən şagirdlərlə bir sıra işlər aparılmış, şagirdlərə öz istedadlarını nümayiş etdirmə imkanı yaradılmışdır. Belə ki, may ayında da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək və bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri aşkar etmək üçün müxtəlif müsabiqələr təşkil olunmuşdur.

Cari tədris ilinin yekunu ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində təhsilalanların illik qiymətlərinin və digər sənədlərinin yazılması, buraxılış siniflərinin attestata yazılacaq fənlər üzrə dərs saatlarının müəyyənləşdirilməsi yekunlaşəb, hazırda isə tədris ilinin əvvəlində şagirdlərə paylanılmış dərsliklərin təhvil alınması prosesi həyata keçirilir.

Eyni zamanda, ümumtəhsil müəsisələrində tədris aparan müəllimlərin və digər işçilərin növbəti yay məzuniyyətinə buraxılması üçün müəyyən sənədləşmə işləri aparılır.

İnanırıq ki, məktəblilərimiz ötən illərdə olduğu kimi, bu il də mövcud vəziyyətə görə yaranmış çətinliyə baxmayaraq qəbul imtahanlarında yüksək nəticələr göstərəcək və hər zaman olduğu kimi muxtar respublika məktəblərinin adlarını respublika üzrə ön sıralarda tutacaqlar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg