• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün298
mod_vvisit_counterDünən1856
mod_vvisit_counterBu həftə2154
mod_vvisit_counterBu ay32821
mod_vvisit_counterÜmumi2973632

Tarix: 20 Yan., 2025

Naxçıvan yolu

Naxçıvan qəhrəmanlar, dahilər diyarıdır deyiblər. Buna tarixin bütün səhifələrində rast gəlmək olar.

XX əsrin yetişdirdiyi dahi şəxsiyyətlərdən olan, həyat boyu, ömrünün sonlarına qədər öz Vətəninə xidmət edən, onun rifahı üçün çalışan, qəlbi Vətən eşqiylə döyünən, azərbaycanlı olduğu ilə həmişə fəxr edən, vətənin igid oğlu Heydər Əliyev! Onun xalqı üçün tarixə sığmayan gördüyü işlər demək olar ki, bir dastana bənzər və onu vərəqləmək olduqca dəyərlidir.

Dahi şəxsiyyət Heydər Əliyevin Naxçıvan yolu demək olar ki, tarixin ən dəyərli, ən qürurverici səlnaməsi sayılır. 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlməsilə Naxçıvan bütün sahələrdə yüksəliş dövrünü yaşadı. Onun Naxçıvan xalqı üçün gördüyü işlər misli görünməyən və danılmaz idi.

1990-cı ildə xalqımız ən ağır tarixini yaşayırdı. Bir azərbaycanlı olaraq Moskvada Azərbaycanın səsi kimi, Vətənindən uzaqda olmağına baxmayaraq, Azərbaycan üçün bütün gücü ilə çalışan Heydər Əliyev öz vəzifəsindən imtina edərək doğma Vətəninə qayıdır, lakin o zamankı rəhbərlik Onun Bakı şəhərinə gəlməsini arzulamır. Lakin qəlbi Vətən eşqi ilə döyünən Heydər Əliyev öz doğulub boya-başa çatdığı ana yurdu Naxçıvana üz tutur. Həmin gün Naxçıvan toy-bayram sevinci yaşayır, günəş yenidən doğur, parlayır, göylər aydın səmaya bürünür. İnsanların üzündəki təbəssüm gözlərdəki ümid heç nə ilə əvəz olunmaz olmuşdu. Naxçıvanlılar Heydər Əliyevi bağrına basaraq onun ətrafında birləşdilər.

Azadlıq meydanında 80 mindən çox insan olan mitinqdə Heydər Əliyev xalq qarşısında çıxış etmişdi. Ümidlə baxan gözlərin hər biri ona yönəlmişdi. Ulu öndər nə qədər çətin olsa da, tutduğu yoldan dönmədi. Xalqı bu bəladan çıxardacağına dair xalq qarşısında söz verdi. Xalq yalnız ona etibar edirdi.

Heydər Əliyev xalqın yüksək təkidilə deputatlığa namizədliyini irəli sürdü. Xalqın öz nicatını gördüyü Heydər Əliyevi Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçdi. 1990-cı il 17 noyabrda Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi altında keçirilən sesiyasında Naxçıvan MSSR adından Sovet Sosialist sözlərinin çıxarılması Naxçıvan Ali Sovetinin adının dəyişərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması haqqında qərar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq olundu.

Qısa bir zamanda Naxçıvanda iqtisadi islahat başlamışdı. Bu, dahi şəxsiyyət Heydər Əliyevin doğma yurdu Naxçıvan xalqına qarşı dərin sevgi, hörmət, daxilindən olan bağlılığından irəli gəlirdi. Bütün bunlar ümummilli liderin dünyagörüşü və siyasəti nəticəsində əmələ gəldi. Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə muxtar respublika arasında açılan körpülər blokada şəraitində olan naxçıvanlılar üçün bir uğur idi. Heydər Əliyev uğuru!

Naxçıvanda gedən bu proseslərin demək olar ki, hamısı mərkəzdə, Bakı şəhərində hiss olunurdu. O dövrün səriştəsiz rəhbərliyi xalq qarşısında aciz qalmışdı. Çıxış yolu axtarırdı. Xalq artıq cana gəlmişdi, boş vədlərə, sözlərə inanmırdı. Xalq artıq ağı qaradan seçməyə başlamışdı. Ümidsizlik baş alıb gedirdi. Xalq Heydər Əliyevi arzulayırdı. Bunu belə görən Heydər Əliyev 1993-cü il iyunun 9-da göndərilən xüsusi təyyarə ilə Bakıya gəldi. Və başına gələ biləcək bütün çətinliklərə baxmayaraq öz yolundan dönmədi. Bütün ziyalılar, qabaqcıl sahələrdəki adamlar hər bir kəs onun ətrafında sıx birləşdi.

Şanlı ölkəmizdə 15 iyun Milli Qurtuluş Günü kimi qeyd olundu.

1993-cü ilin 3 oktyabrında ilk prezident seçkisində ulu öndər Heydər Əliyevin iş rejimi olduqca gərgin və uzun idi. Lakin xalqın sevgisi onu yorulmağa qoymurdu. “Xalq Heydər – Heydər xalq” şüarları ona qürur verirdi.

Heydər Əliyevin Bakıdakı fəaliyyəti ilə yanaşı Naxçıvanla əlaqəsini, duyğu və qayğısını kəsməmişdi. Lakin Naxçıvanı onun qədər sevə bilən, güvənə bilən rəhbərə ehtiyacı var idi. Məhz onun tapşırığı ilə xalqın içindən olan Heydər Əliyev məktəbinin davamçısı 1995-ci il dekabrın 16-da keçirilən ilk sesiyada Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Qısa müddətdə muxtar respublikanın bütün sahələrində canlanma müşahidə olundu, quruculuq və abadlıq işləri vüsət aldı. Naxçıvan dünyaya açılan bir pəncərəyə çevrildi.

Heydər Əliyevin yüksək bacarıq prinsipi, dünyagörüşü, gözəl natiqlik qabiliyyəti demək olar ki, dünya rəhbərlərini heyran qoyur. Heydər Əliyevin Azərbaycanla bağlı azuları bitməz-tükənməz idi. O, Azərbaycanı ən gözəl ölkələrdən birinə çevirmək arzusunda idi. Tarixdən-xəritədən silinmək təhlükəsilə üz-üzə qalan bir dövlətin necə oldu ki, yenidən dirçəlməsi, qol-qanad açması bütün dünyanın demək olar ki, marağına və heyranlığına səbəb olmuşdu. Dünya buna sanki inanmaq və qəbul etmək istəmirdi. Azərbaycan bütün çətinliklərin öhtəsindən qürurla gələrək – Dünyaya bir pəncərə açdı. Bütün dünyanın gözləri bu dövlətə çevrilmişdi. Artıq Azərbaycanı yıxmaq olmazdı.

Azərbaycanın xilaskarı, Ulu öndər heç vaxt unudulmayacaq. O, hər zaman bizim qəlbimizdə yaşayacaqdır. Azərbaycanın bundan sonrakı işıqlı gələcəyi də məhz onun duası, onun imzası, onun adı ilə bağlı qalacaqdır.

Həsənova Nurlana

Heydər Əliyev adına

tam orta məktəbin tarix müəllimi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg