Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində “15 iyun-Milli Qurtuluş günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.
Keçirilən yarışda ümumilikdə 12 şagird iştirak etmişdir. Yarışın nəticələrinə əsasən, 10 nömrəli tam orta məktəbin şagirdi Rəfael Yusifov I yerə, 2 nömrəli tam orta məktəbin şagirdi Həmzə Sadiqov II yerə, 17 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Abbasov və 11 nömrəli tam orta məktəbin şagirdi Nihad Cabbarlı isə III yerlərə layiq görülüblər.
Sonda qalib idmançılar diplomla mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti